Avropanın ən “qeyrətli” klubları

Futbolda legioner futbolçu oynatmaq adi hal kimi qəbul edilir. Dünyanın bir çox ölkələrində daxili qayda-qanunlara əsasən, komandaların heyətlərində müxtəlif sayda əcnəbi oyunçu saxlamaq hüququ mövcuddur.

Bir çox futbol mütəxəssislərinin fikrincə, legionerlərdən intensiv istifadə yerli futbolun inkişafının qarşısını alır. Məhz buna görə heyətində legioner sayını məhdud saxlayan və daha çox yerli futbolçulara üstünlük verən klublar da var. Belə komandalara azarkeşlər tərəfindən dərin hörmət və etiram göstərilir.

turaninsesi.az” ölkələrinin “futbol məktəbi” funksiyasını yerinə yetirən komandaları oxuculara təqdim edir:

“Tottenhem” (İngiltərə)

Londonu təmsil edən “Tottenhem” İngiltərə milli komandasına ən çox futbolçu verən komandaların başında gəlir. “Çelsi”, “Arsenal” və “Mançester Siti” kimi “həmyerlilərinin” əksinə, “Tottenhem”in heyətində ən az 5-6 yerli futbolçu mütləq çıxış edir.

“Lion” (Fransa)

Son zamanlar dərin maliyyə böhranı ilə üzbəüz qalan “Olimpik Lion” klubu fransız futbolçuların ilk çıxış yeri hesab edilir. Erik Abidal, Frank Riberi, Kərim Benzema, Floran Maluda kimi məşhur fransız ulduzları məhz bu komanda yetişdirib.

“Yuventus” (İtaliya)

İtaliyanın ən titullu komandası olan “Yuventus”, eyni zamanda yerli futbolçuların hər zaman oynamağı arzuladıqları zirvədir. Apenin yarımadasının yazılmamış futbol qanununa görə, “qoca sinyora” forması geyinməyən futbolçu İtaliyada sevilə bilməz.