Avropa Liqası: “Qarabağ” “Molde” ilə heç-heçə edərək, Konfrans Liqasının pley-offuna vəsiqəni təmin edib – YENİLƏNİB-6

“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.

Turanın səsi ” in məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv V turda Norveçdə yerli “Molde” klubunun qonağı olub.

“Aker” stadionunda təşkil edilən qarşılaşmada hesabı 12-ci dəqiqədə Ağdam təmsilçisi açıb. Juninyo 12-ci dəqiqədə qapıçı ilə təkbətək şansı əldən verməyib. Lakin Azərbaycan çempionu üstünlüyünü qoruya bilməyib. Kristian Eriksen 82 və 87-ci dəqiqələrdə vurduğu 2 qol sayəsində norveçliləri önə keçirib. Buna baxmayaraq, “Qarabağ” məğlubiyyətdən qurtulub. 90+5-ci dəqiqədə Bəhlul Mustafazadə görüşdə son nöqtəni qoyub – 2:2.

Bu nəticədən sonra xallarının sayını 7-yə yüksəldən “Qarabağ” ikinci pillədəki yerini qoruyub. Eyni xala malik “Molde” isə üçüncü yerdə qalıb. Ağdam təmsilçisi minimum UEFA Konfrans Liqasının pley-off mərhələsinə vəsiqəni rəsmiləşdirib.

Qrupun digər oyununda Almaniyanın “Bayer” klubu səfərdə İsveç təmsilçisi “Hekken”i 2:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, “Qarabağ” yer aldığı H qrupunda son matçını dekabrın 14-də Bakıda İsveç klubu “Hekken”ə qarşı keçirəcək.

01:55

“Qarabağ”la “Molde” klubu arasında Norveçdə keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyununda növbəti qol vurulub.

Turanın səsi ” in məlumatına görə, “Aker” stadionunda təşkil olunan qarşılaşmada Azərbaycan çempionu hesabı bərabərləşdirib – 2:2.

90+5-ci dəqiqədə Bəhlul Mustafazadə fərqlənib.

01:48

“Qarabağ”la “Molde” klubu arasında Norveçdə keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyununda növbəti qol vurulub.

Turanın səsi ” in məlumatına görə, “Aker” stadionunda təşkil olunan qarşılaşmada meydan sahibləri yenidən fərqləniblər.

Moldenin eyniadlı komandasının heyətində 87-ci dəqiqədə Kristian Eriksen dubla imza atıb. Bununla “Molde” 2:1 hesabı ilə önə keçib.

01:45

“Qarabağ”la “Molde” klubu arasında Norveçdə keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyununda ikinci qol vurulub.

Turanın səsi ” in məlumatına görə, “Aker” stadionunda təşkil olunan qarşılaşmada meydan sahibləri hesabı bərabərləşdiriblər.

Moldenin eyniadlı komandasının heyətində 82-ci dəqiqədə Kristian Eriksen fərqlənib.

01:08

“Qarabağ”la “Molde” klubu arasında Norveçdə keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyununda fasilə başa çatıb.

Turanın səsi ” in məlumatına görə, “Aker” stadionunda təşkil olunan qarşılaşmada ikinci hissə başlayıb.

İlk hissədən sonra Azərbaycan çempionu 1:0 hesabı ilə öndədir.

00:50

“Qarabağ”la “Molde” klubu arasında Norveçdə keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyununda birinci hissə başa çatıb.

Turanın səsi ” in məlumatına görə, “Aker” stadionunda təşkil olunan qarşılaşmada komandalar fasiləyə yollanıblar.

İlk hissədən sonra Azərbaycan çempionu 1:0 hesabı ilə öndədir.

00:15

“Qarabağ”la “Molde” klubu arasında Norveçdə keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyununda hesab açılıb.

Turanın səsi ” in məlumatına görə, “Aker” stadionunda təşkil olunan qarşılaşmada ilk qolu Azərbaycan təmsilçisi vurub.

Qonaq komandanın heyətində 12-ci dəqiqədə Juninyo fərqlənib.

00:02

“Qarabağ”la “Molde” klubu arasında Norveçdə keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyunu başlayıb.

Turanın səsi ” in məlumatına görə, “Aker” stadionunda təşkil olunan qarşılaşmaya Bakı vaxtı ilə saat 00:00-da start verilib.

Görüşü belçikalı Erik Lambrextsin rəhbərlik etdiyi hakimlər briqadası idarə edir.

22:55

UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyununda üz-üzə gələcək “Molde” (Molde) və “Qarabağ”ın start heyətləri bəlli olub.

Turanın səsi ” in xəbərinə görə , komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar.

“Molde”: 12. Oliver Petersen, 31. Matias Lovik, 19. Eyrik Haugen, 3. Kasper Öyvann, 6. martin Ellinqsen, 28. Kristoffer Haugen, 20. Kristian Eriksen, 22. Maqnus Qrödem, 16. Emil Breyvik, 7. maqnus Volf Eykrem, 9. Volon Berişa

Baş məşqçi: Erlinq Moe

“Qarabağ”: 99. Andrey Lunyov, 44. Elvin Cəfərquliyev, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 29. Marko Veşoviç,66. Patrik Andrade 8, Marko Yankoviç, 7. Yassin Benzia, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 18. Olavio Juninyo

Baş məşqçi: Qurban Qurbanov

Qeyd edək ki, qarşılaşma bu gün Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. 6 xala malik komanda 2-3-cü yerləri bölüşdürürlər.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir