AVRO-2024-ün seçmə mərhələsində bu gün beş oyun keçiriləcək

Bu gün futbol üzrə AVRO-2024-ün seçmə mərhələsində VI turun növbəti oyunları keçiriləcək.

Turanın səsi ” xəbər verir ki, iki qrupda beş qarşılaşma baş tutacaq.

D qrupunda Xorvatiya Ermənistanın, Uels isə Latviyanın qonağı olacaq.

J qrupunda İslandiya – Bosniya və Herseqovina, Portuqaliya – Lüksemburq və Slovakiya – Lixtenşteyn görüşləri baş tutacaq.

AVRO-2024-ün seçmə mərhələsi

VI tur

D qrupu

20:00. Ermənistan – Xorvatiya

22:45. Latviya – Uels

Xal durumu: Türkiyə – 10 (5 oyun), Xorvatiya – 7 (3), Ermənistan – 7 (4), Uels – 4 (4), Latviya – 0 (4)

J qrupu

22:45. İslandiya – Bosniya və Herseqovina

22:45. Portuqaliya – Lüksemburq

22:45. Slovakiya – Lixtenşteyn

Xal durumu: Portuqaliya – 15 (5 oyun), Slovakiya – 10 (5), Lüksemburq – 10 (5), Bosniya və Herseqovina – 6 (5), İslandiya – 3 (5), Lixtenşteyn – 0 (5)

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir