AVRO-2024-ün final mərhələsi üçün biletlərin satışa çıxarılacağı tarix açıqlanıb
![](https://turaninsesi.az/wp-content/uploads/2023/04/20230405_220208.jpg)
2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatının final mərhələsinin oyunları üçün biletlərin satışa çıxarılacağı tarix müəyyənləşib.
“Turanın səsi ” “Sky Sports”a istinadən xəbər verir ki, bu barədə məlumat UEFA-nın Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Konqresində açıqlanıb.
Bildirilib ki, bilet satışına bu il oktyabrın 3-də başlanılacaq. Biletlərin qiyməti dörd kateqoriyadan ibarət olacaq.
Qeyd edək ki, Avropa çempionatının final mərhələsi 2024-cü il 14 iyun – 14 iyul aralığında keçiriləcək.