AVRO-2024: Türkiyə millisi 1/4 finalda!
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Avstriya və Türkiyə yığmaları arasında 1/8 final görüşü keçirilib.
“Turanın səsi ” xəbər verir ki, Leyptsiqdəki “Red Bull Arena”da baş tutan oyun gərgin alınıb.
Türkiyə millisi müdafiəçi Merih Demiralın dublu sayəsində 1/4 finala yüksəlib – 2:1.
Türkiyə millisinin 1/4 finalda rəqibi Niderland olacaq.