AVRO-2024: Serbiya son dəqiqə qolu ilə məğlubiyyətdən xilas oldu

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Sloveniya – Serbiya görüşü başa çatıb.

Turanın səsi ” xəbər verir ki, qarşılaşma heç-heçə ilə yekunlaşıb – 1:1.

Sloveniyalılar 69-cu dəqiqədə hesabı açsalar da, sona qədər üstünlüyü qoruya bilməyiblər. 90+5-ci dəqiqədə Serbiya millisinin futbolçusu Luka Yoviç bərabərlik qolunu vuraraq komandasını məğlubiyyətdən xilas edib. 

Qeyd edək ki, bu qrupun digər oyununda Danimarka İngiltərə ilə qarşılaşacaq.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir