AVRO-2024: İngiltərə millisi yarımfinala vəsiqə qazandı
Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalında İngiltərə ilə İsveçrə milliləri üz-üzə gəliblər.
“Turanın səsi ” xəbər verir ki, oyunun əsas və əlavə vaxtı bərabərliklə yekunlaşıb – 1:1. Belədə penaltilər seriyasına ehtiyac olub.
Burada isə ingilislər daha dəqiq olublar – 5:3.
Qeyd edək ki, İngiltərə yığması yarımfinalda Niderland – Türkiyə matçının qalibi ilə görüşəcək.