AVRO-2024 Final mərhələsinin püşkatmasının vaxtı açıqlanıb
![](https://turaninsesi.az/wp-content/uploads/2023/04/20230405_221443.jpg)
AVRO-2024-ün final mərhələsinin püşkatma mərasiminin vaxtı bəlli olub.
“Turanın səsi ” in məlumatına görə, bu barədə UEFA prezidenti Aleksander Çeferin qurumun Portuqaliyanın paytaxtı Lissabonda keçirilən 47-ci Konqresi zamanı mətbuat konfransında açıqlama verib.
Sloveniyalı funksioner bildirib ki, tədbir bu il dekabrın 2-də baş tutacaq.
Qeyd edək ki, 2024-cü il Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyada təşkil olunacaq.