AVRO-2024: Belçika millisi ilk oyunda məğlub oldu

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının E qrupunda daha bir oyun baş tutub. 

Turanın səsi ” in məlumatına görə, günün ikinci matçında Belçika Slovakiya ilə üz-üzə gəlib. 

Qarşılaşmanın taleyini bir qol həll edib. İvan Şrants 7-ci dəqiqədə Slovakiya yığmasına qələbə qazandıran qolun müəllifi olub.  

E qrupunun ilk matçında Rumıniya Ukraynanı üç cavabsız qolla üstələyib. 

Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq. 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir