Arda Gülər Türkiyə xalqından üzr istədi
UEFA Millətlər B Liqası 4-cü qrupda Türkiyə səfərdə Montoneqroya 3-1 hesabı ilə məğlub olub. Bu nəticə ilə Türkiyə millisi qrupunu lider bitirmə şansını əldən verib.
“turaninsesi.az” türkiyə mediasına istinadən xəbər verir ki, matçdan sonra millinin 19 yaşlı gənc ulduzu gözlənilməz məğlubiyyət səbəbindən, türk xalqından üzr istəyib. Nəticənin onlar üçün də gözlənilməz olduğunu deyən Arda, oyun ərzində zəif çıxış etdiklərini etiraf edib.
Qeyd edək ki, qrupun digər matçıdan Uels millisi İslandiyaya 4-1 hesabı ilə uduzub. Bu isə Türkiyənin qələbə qazanacağı təqdirdə, 4-cü qrupdan lider çıxacağı demək idi.