Arda Gülər ispanları heyran qoydu

İspaniya Kral Kubokunun 32-ci turunda “Real Madrid” “Minera” ilə qarşılaşıb. Arda Gülərin ulduza çevrildiyi matçdan “Real Madrid” 5-0 üstünlüklə ayrılıb.

turaninsesi.az” Türkiyə KİV-ə istinadən xəbər verir ki, Karlo Ançelotti tərəfindən ilk 11-likdə oynamaq şansı qazanan Arda Gülər ​​28 və 88-ci dəqiqələrdə qapıya yol tapmağı bacarıb.

Üstəlik, gənc istedad matçda ən çox zərbə vuran və ən çox əsas ötürmələr edən futbolçu olub.

Matçın ilk yarısının final fitindən sonra baş verənlər diqqətdən yayınmayıb. “Minera” formasını geyinən Ömər Pedromo matçın bitməsini gözləmədən Arda Gülərin formasını istəyib.

Arda Gülər ​​Ömər Pedromonun istəyinə müsbət cavab verib və özü də rəqibinin formasını istəyib. Bu xahişdən sonra Ömər Pedromonun təəccübü kameraya əks olunub.

Matçdan sonra açıqlama verən Perdomo Ardaya tərif yağdırıb:

“Ondan formanı istəməyə getdim və verdi. Sonradan mənimkini istəməyə gələndə təəccübləndim. Bu, həmişə saxlayacağım çox gözəl bir xatirədir”.

Bundan başqa İspaniya mətbuatı “Marca” gənc ulduzu tərifləyib. Arda Gülərin matç performansına 10 üzərindən 9 bal verən İspaniya mətbuatında bu ifadələr yer alıb:

“O, möhtəşəm performansını təkrarladı. O, təkbətək matçda ilk şansı əldə edib və zərbəsini qapıya göndərib. Bundan dərhal sonra o, Endriki qapıçı ilə üz-üzə qoyan möhtəşəm ötürmə etdi. Arda israrla qol axtardı və sərt zərbə ilə qapıçını təəccübləndirmək üçün yer tapana qədər qapı önündə driblinq etdi. O, qarşılaşmanı daha bir qolla qapayaraq, böyük gücünü sübut etdi”.