Arauxonun qolu “Barselona”ya “Real Sosyedad” üzərində qələbə qazandırıb

“Barselona” futbol üzrə İspaniya çempionatının 12-ci turunun matçında “Real Sosyedad”ı 1:0 hesabı ilə məğlub edib.

Turanın səsi ” məlumatına görə, görüş San-Sebastyanda baş tutub.

Qolu ikinci hissəyə əlavə olunan dördüncü dəqiqədə Ronald Arauxo vurub.

“Barselona” səfərdə “Real Sosyedad”ı ardıcıl 4-cü dəfə məğlub edərək, klubun rekordunu təkrarlayıb. Kataloniya klubu turnir cədvəlində 27 xalla üçüncü pilləyə yüksəlib, “Real Sosyedad” isə 19 xalla altıncıdır.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir