AFFA klubları cəzalandırdı
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
“turaninsesi.az” xəbər verir ki, yığıncaqda Misli Premyer Liqasının XI turunda baş verənlər müzakirə olunub.
“Turan Tovuz” – “Kəpəz” matçında hər 2 komanda 5 futbolçusu sarı vərəqə aldığına görə 700 manat cərimə edilib. Bu görüşdə qonaqların futbolçusu Dioqo Verdaska ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. “Kəpəz” 500 manat cərimələnib.
“Səbail” – “Sumqayıt” qarşılaşmasında hər iki klub 4 futbolçusu sarı vərəqə aldığına görə 700 manat ziyana düşüb.