Premyer Liqa: “Qəbələ” “Səbail”lə, “Sabah” “Şamaxı” ilə üz-üzə gələcək
Futbol üzrə Azərbaycan Premyer Liqasında bu gün XVI turun daha iki oyunu keçiriləcək.
“Turanın səsi ”in məlumatına görə, günün ilk matçında “Qəbələ” “Səbail”i qəbul edəcək.
Meydan sahibləri 21 xalla beşinci, qonaqlar 10 xalla səkkizinci pillədə qərarlaşıblar. Komandalar indiyədək ölkə çempionatlarında 20 dəfə üz-üzə gəliblər. Bunların 10-da əyalət təmsilçisi, 5-də paytaxt klubu qələbə qazanıb. Topların nisbətində də “Qəbələ”nin üstünlüyü var – 35:20.
Günün ikinci görüşündə 38 xalla ikinci sırada olan “Sabah” 11 xalla yeddinci yerdə gedən “Şamaxı”nı sınağa çəkəcək. Tərəflər bu vaxtadək Premyer Liqada 15 dəfə görüşüblər. Hər iki komandanın aktivində 5 qələbə varsa, digər 5 qarşılaşmada heç-heçə qeydə alınıb. Topların nisbətində “Şamaxı” cüzi üstünlüyə malikdir – 16:15.
Azərbaycan Premyer Liqası, XVI tur
3 dekabr (şənbə)
14:30. “Qəbələ” – “Səbail”
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Rahil Ramazanov, Səbuhi Bayramov
Hakim-inspektor: Asim Xudiyev
Qəbələ şəhər stadionu
17:00. “Sabah” – “Şamaxı”
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Kamranbəy Rəhimov
Hakim-inspektor: Vüsal Əliyev
“Bank Respublika Arena”
Qeyd edək ki, turun ilk matçında “Qarabağ” “Neftçi”ni 4:0 hesabı ilə üstələyib. Tura dekabrın 4-də “Kəpəz” – “Sumqayıt” və “Zirə” – “Turan Tovuz” matçları ilə yekun vurulacaq.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09