67 yaşı var, 100 kq-la məşq edir – Mədət Quliyevdən rekord

Azərbaycanın Təhlükəsizlik Şurası katibinin müavini, Milli Qəhrəman, general-polkovnik Mədət Quliyevin idman zalında məşq etməsi ilə bağlı yeni görüntülər yayılıb.  

turaninsesi.az ” xəbər verir ki, görüntüləri tanınmış məşqçi Cəlal Axundov paylaşıb.

O, video ilə bağlı yazıb: “Hamı tormuz verəndə, biz qaz veririk”.

Görüntülər qısa zamanda böyük marağa səbəb olub.  Generalın peşəkar səviyyədə fiziki hazırlıq nümayiş etdirdiyi nəzərə çarpır. Onun 100 kiloqramla məşq etməsi isə izləyiciləri təəccübləndirib.

M.Quliyevin oxşar videoları zaman-zaman sosial şəbəkələrdə paylaşılır və maraqla qarşılanır.  

Xatırladaq ki, M.Quliyevin 67 yaşı var.

Arzu Paşaqızı