40 yaş və 923 qol – Ulduzun ad günü
Fevralın 5-də Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldonun 40 yaşı tamam olub.
“turaninsesi.az” xəbər verir ki, o, karyerası boyu 923 qol vurub. Onların 788-i klub, 135-si isə millidəki oyunların payına düşür.
Ronaldo Portuqaliyanın “Sportinq”, İngiltərənin “Mançester Yunayted”, “Real Madrid” və Turin “Yuventus”unda da çıxış edib.
O, beşqat Çempionlar Liqası, beşqat “Qızıl top”un qalibi və Avropa çempionudur.