29 il sonra Braziliya çempionu oldular

Braziliya çempionatında cari mövsümün qalibi müəyyənləşib.

turaninsesi.az” xəbər verir ki, final mərhələsində “Botafoqo” “San Paulo”nu qəbul edib. Rio-de-Janeyroda, “Joao Havelanj Olimpiya Stadionu”nda keçirilən görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Nəticədə “Botafoqo” xallarının sayını 79-a çatdırıb və sona 2 tur qalmış “Palmeyras” (73 xal) üçün əlçatmaz olub.

Bununla da komanda 29 il sonra yenidən Braziliya çempionu adını qazanıb. Bu, onun üçüncü çempionluğudur.

“Botafoqo” son dəfə 1995, daha əvvəl isə 1968-ci ildə A seriyasının qalibi olub.