2022-ci ilin ən yaxşı qapıçısı adına 25 namizəd seçilib
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2022-ci ilin ən yaxşı qapıçısı adına namizədləri açıqlayıb.
“Turanın səsi” in qurumun rəsmi saytına istinadən məlumatına görə, siyahıda 25 qolkiper yer alıb.
Qalib 2023-cü ilin yanvarında səsvermə nəticəsində bəlli olacaq.
İlin ən yaxşı qapıçısı adına namizədlər aşağıdakılardır:
| Qapıçı | Ölkəsi | Klubu |
| Uqo Lyoris | Fransa | “Tottenhem” |
| Dominik Livakoviç | Xorvatiya | “Dinamo”, Zaqreb |
| Voytsex Şesnı | Polşa | “Yuventus” |
| Andries Noppert | Niderland | Qo Ahed”/“Heerenveen” |
| Kasper Şmeyxel | Danimarka | “Lester”/“Nitsa” |
| Cordan Pikford | İngiltərə | “Everton” |
| Dioqo Koşta | Portuqaliya | “Porto” |
| Tibo Kurtua | Belçika | “Real” |
| Mayk Menyan | Fransa | “Milan” |
| Kevin Trapp | Almaniya | “Ayntraxt” |
| Manuel Noyer | Almaniya | “Bavariya” |
| Yan Oblak | Sloveniya | “Atletiko” |
| Alisson | Braziliya | “Liverpul” |
| Ederson | Braziliya | “Mançester Siti” |
| Emiliano Martines | Argentina | “Aston Villa” |
| Serxio Roçet | Uruqvay | “Nasional” |
| Mett Terner | ABŞ | “Nyu-İnqlend Revolyuşn”/“Arsenal” |
| Gilyermo Oçoa | Meksika | “Amerika” |
| Eduar Mendi | Seneqal | “Çelsi” |
| Yassin Bunu | Mərakeş | “Sevilya” |
| Andre Onana | Kamerun | “İnter” |
| Aymen Dahmen | Tunis | “Sfaksen” |
| Mohammed al-Uvais | Səudiyyə Ərəbistanı | “Əl-Əhli”/“Əl-Hilal” |
| Çyuiçi Qonda | Yaponiya | “Simidzu S-Pals” |
| Kim Sın Qyu | Cənubi Koreya | “Kaşiva Reysol”/“Əl-Şabab” |
Qeyd edək ki, 2021-ci ilin ən yaxşı qapıçısı İtaliya millisinin və Fransanın PSJ klubunun futbolçusu Canluici Donnarumma seçilib.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09