2 məşqçiyə 5 oyunluq cəza – AFFA qərar verdi
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
“turaninsesi.az” xəbər verir ki, iclasda aşağı liqalarda keçirilən oyunlardakı qayda pozuntuları ilə bağlı qərarlar çıxarılıb.
AFFA Gənclər Liqasında keçirilən “Sumqayıt” – “Zirə” oyununda meydan sahiblərinin baş məşqçisi Kənan Hacıyev hakimlər otağına daxil olaraq təhqiredici sözlər işlətdiyinə görə 5 oyun cəzalandırılıb.
U-14 Liqasında keçirilən “Çinar” (Gəncə) – “Azəri” (Gəncə) oyununda meydan sahiblərinin baş məşqçisi Elçin Quziryani texniki zona qaydalarını pozduğuna görə, eyni zamanda hakimlər briqadasını təhqir və fiziki təzyiq etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılmasına görə 5 oyun cəzalandırılıb.