16 saniyəyə 2 qol vuruldu
Çempionlar Liqasında 6-cı turun son oyununda Hollandiya təmsilçisi “Feyenoord” öz meydanında “Sparta Praqa”nı qəbul edib. Oyunda olduqca maraqlı və nadir rast gəlinən hadisə baş verib.
“turaninsesi.az” xəbər verir ki, matçda meydan sahiblər 16 saniyə ərzində çexlərin qapısına 2 top vurublar. 10-cu dəqiqədə Traunerin qolu ilə 1-0 önə keçən “Feyenoord” bundan cəmi 16 saniyə sonra 2-ci topu da qonaqların qapısından keçirməyi bacarıb.
Yekun hesabda 4-2 hesablı qələbə qazanan meydan sahibləri turnirin tarixinə düşməyi bacarıblar. Bu nəticə ilə “Feyenoord” xallarının sayını 10-a çatdırıb.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI