Ərdoğan Çempionlar Liqasının final oyununu izləyir
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul şəhərində İngiltərənin “Mançester Siti” və İtaliyanın “İnter” komandaları arasında keçirilən Çempionlar Liqasının final oyununu canlı izləyənlər arasındadır.
“Turanın səsi ” xəbər verir ki, o, görüşü izləmək üçün Atatürk Olimpiya Stadionuna gəlib.
Çempionlar Liqasının final oyununda ilk hissə başa çatıb. Komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.