Sumqayıtda parkda qanunsuz tikintinin qarşısı alınıb
Sumqayıtda “Nəsimi” parkı ərazisində qanunsuz tikintinin qarşısı alınıb.
“Turanın səsi ” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri Sumqayıt şəhərində yerləşən “Nəsimi” parkı ərazisində müvafiq icazəverici sənədlər olmadan qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edib.
Dövlət Agentliyi və Sumqayıt Şəhər İcra Hakimiyyətinin həyata keçirdiyi müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işinin qarşısı alınıb və tikilməkdə olan obyekt sökülüb.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI