SON DƏQİQƏ!Hava kəskin dəyişir: Yağış, leysan…
Avqustun 19-da gecə və səhər ölkənin şimal və şərq rayonlarında yağış yağacağı gözlənilir ki, bu da ayın 20-dək davam edəcək, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sinoptikləri bildiriblər.
Simal və şimal-qərb bölgələrində leysan dolu ilə müşayiət olunacaq.
Şərq küləyinin sürəti sanyədə 15-18 metrə çatacaq, arabir 20-25 metrədək artacaq. Dağ çaylarında sel gözlənilir.
Avqustun 19-20-də Bakıda və Abşeronda da qısamüddətli yağıntı gözlənilir. Havanın temperaturu gündüz müsbət 35, gecə müsbət 2 dərəcə olacaq.
Bazar günü havanın temperaturu aran rayonlarında gündüz müsbət 37+38 dərəcəyə yüksələcək, gecə müsbət 24+26 dərəcə olacaq.
Dağlarda gecə müsbət 18, gündüz müsbət 23+25 dərəcə olacaq.