Sabahın hava proqnozu açıqlanıb
![](https://turaninsesi.az/wp-content/uploads/2023/06/5ee478e7-81cb-4440-b946-a00415f2b53b.jpg)
İyunun 11-də Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz olacaq. Gecə və səhər zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək.
“Turanın səzi ” xəbər verir ki , bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Havanın temperaturu gecə 17-22° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 16-21° isti, gündüz 30-35° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti olacaq.