Sabah qatı duman olacaq – XƏBƏRDARLIQ
Sabah hava şəraiti ilə əlaqədar avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq.
“turaninsesi.az ” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Dekabrın 11-də bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti müşahidə olunacaq. Hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.