Rayonlarda intensiv yağış yağacaq, güclü külək əsəcək – XƏBƏRDARLIQ
![](https://turaninsesi.az/wp-content/uploads/2023/04/20221229_074827-2-1024x910.jpg)
Aprelin 26-sı gündüzdən 27-si axşamadək əsasən dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.
” turanın səsi ” xəbər verir ki , Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yağıntının ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Şərq küləyi 27-də bəzi yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.