Rayonlarda 38 dərəcə isti var – FAKTİKİ HAVA

0

İyulun 23-ü saat 9:00-a olan məlumata görə Azərbaycanın əksər rayonlarında hava şəraiti əsasən yağmursuz keçib. 

Bu barədə “turaninsesi.az” -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, lakin axşam və gecə bəzi dağlıq ərazilərdə şimşək çaxıb, qısamüddətli yağış yağıb. 

Düşən yağıntının miqdarı Balakən, Zaqatala, Qax, Şahbuzda 2 mm-dək olub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 36, Naxçıvan MR-da 34, Aran rayonlarında 38, dağlıq rayonlarda isə 23 dərəcəyədək isti olub. 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir