Paytaxtda qeyri-sabit hava şəraiti mayın 3-dək davam edəcək
![](https://turaninsesi.az/wp-content/uploads/2023/04/20230413_171348-1-1024x1024.jpg)
Bakıda qeyri-sabit hava şəraiti mayın 3-dək davam edəcək.
“Turanın səsi ” in xəbərinə görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Aprelin 30-u axşamdan mayın 2-si səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, 1-i səhər və gündüz yarımadanın bəzi yerlərində arabir 28 m/s-dək güclənəcəyi gözlənilir.
Aprelin 30-dan mayın 1-nə keçən gecə və səhər, 2-də günün birinci yarısında, 3-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. 2-3-də yarımadanın bəzi ərazilərində intensiv olacağı ehtimalı var. Mayın 1-i gecə bəzi yerlərdə şimşək çaxacağı ehtimal olunur.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-9° aşağı düşəcək.