Mayın 18-i ilə bağlı XƏBƏRDARLIQ – RƏSMİ
Dumanla əlaqədar magistral yollarda görmə məsafəsi məhdudlaşacaq.
“Turanın səsi ” xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qeyd olunub ki, mayın 18-də ölkə ərazisində qeyri-sabit, yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı ehtimalı var.