Küləkli və yağıntılı hava şəraiti bu gün axşamadək davam edəcək – FAKTİKİ HAVA
Ölkə ərazisində müşahidə olunan küləkli və yağıntılı hava şəraiti fevralın 3-ü axşamadək davam edəcək, 4-ü havanın mülayim, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
“Turanın səsi ” xəbərverir ki , bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, fevralın 3-nə olan məlumatına əsasən hava şəraiti qeyri-sabit keçib, bəzi rayonlarda arabir yağıntılı olub, dağlıq və dağətəyi rayonlarda isə qar yağıb.
Düşən yağıntının miqdarı İsmayıllı, Şamaxı, Qaxda 13.0 mm, Ağsu, Xaltanda 12.0 mm, Altıağacda 11.0 mm, Balakən, Qəbələ, Şahdağ, Şəkidə 10.0 mm, Ağdərə, Qobustanda 9.0 mm, Zaqatalada 8.0 mm, Oğuzda 7.0 mm, digər rayonlarda 1.0-6.0 mm, Bakıda və Abşeron yarımadasında 1.0 mm-dək olub.
Dağlıq və dağətəyi rayonlarda müşahidə olunan qar nəticəsində qar örtüyü əmələ gəlib, hündürlüyü: Qaxda 19 sm, Altıağacda 17 sm, Xaltanda 12 sm, Şahdağ, Qrızda 10 sm, Şamaxıda 6 sm, Qobustanda 4 sm, Qusarda 2 sm, Qubada 1 sm olub.
Daşkəsən, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Balakən, Zaqatala, Şəki, Qax, Şamaxı, Qobustan, Quba, Qusar, Xaltan, Qrız, Şabran, Mingəçevir, Yevlax, Göyçay, Cəfərxan, Hacıqabul, Biləsuvar, Lerikdə müşahidə olunub, görünüş məsafəsi 50-500 metrədək məhdudlaşmışdır.
Şimal-qərb küləyi Tərtər, Naxçıvanda 16 m/s, Bakıda və Abşeron yarımadasında: Bakıda 18 m/s-dək güclənib.
Fevralın 3-də havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4°-dək isti, Naxçıvanda 5°-dək şaxta, dağlıq rayonlarda 11°-dək şaxta, aran rayonlarında 3-6° isti olub.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09