Küləkli hava nə vaxta kimi davam edəcək? 

Bu gün və sabah Bakı və Abşeron yarımadasında şimal-qərb küləyi əsəcək. Küləyin maksimal sürəti bəzi yerlərdə arabir 23 m/san çatacaq. 

turaninsesi.az“. xəbər verir ki , bu barədə Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. 

“Bölgələrdə də küləkli hava şəraiti 8 avqust gündüzə qədər davam edəcək. Əsasən, dağlıq və dağətəyi rayonlarda yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimal olunur. Havanın maksimal temperaturu aran rayonlarında 33-38, dağlıq ərazilərdə isə 19-24 dərəcə isti olacaq”, – o əlavə edib. 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir