Hidrometeorologiya Xidməti soyuq havaya dair mühüm məlumat yaydı: Fevralın 8, 9…
![](https://turaninsesi.az/wp-content/uploads/2025/02/Messenger_creation_56203369-1A73-4DE5-B3BA-3158FCEF274F.jpeg)
Bakıda və Abşeron yarımadasında fevralın 8-i və 9-da hava şəraitinin arabir yağıntılı olacağı, yarımadanın bəzi yerlərində sulu qar yağacağı gözlənilir.
“turaninsesi.az” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Fevralın 8-də bölgələrdə yağıntılı hava şəraiti davam edəcək, dağlıq və dağətəyi rayonlarda qar yağacaq. Fevralın 9-da səhər saatlarından yağıntıların tədricən kəsiləcəyi, gündüz əksər rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.
Fevralın 10-da Bakıda və Abşeron yarımadasında eləcə də bölgələrdə hava şəraitinin nisbətən sabitləşəcəyi, gündüz əsasən yağmursuz keçəcəyi, mülayim qərb küləyi əsəcəyi gözlənilir.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 2-5, aran rayonlarında 5-8 dərəcə isti, dağlıq rayonlarda isə 5 dərəcəyədək şaxta olacaq.
Gözlənilən şaxtalı hava şəraiti ilə əlaqədar fevralın 8-10-də dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI