Havanın temperaturu enəcək, çaylardan sel keçəcək – XƏBƏRDARLIQ
Azərbaycanın rayonlarında sentyabrın 21-i gündüzədək fasilərələ yağıntılı hava şəraiti davam edəcək.
Bu barədə “turaninsesi.az” -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Qarabağ və Şərqi-Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq-Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Havanın temperaturu ötən günlərlə müqayisədə 3-6° aşağı enəcək.
Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.