Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq

Azərbaycanın rayonlarında sentyabrın 12-si günün ikinci yarısından 14-ü gündüzədək əsasən dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. 

Milli Hidrometeorologiya Xidmətindən “turaninsesi.az” -a verilən məlumata görə, ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan) leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, 14-ü səhər yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. 

Çaylarda sululuğun artacağı, Böyük Qafqazın və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.  

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir