Güclü külək əsib, bəzi ərazilərə dolu düşüb – FAKTİKİ HAVA

“Əvvəlcədən xəbər verildiyi kimi, şimal qərbdən hərəkət edən soyuq atmosfer cəbhəsinin ölkə ərazisinə daxil olması nəticəsində hava şəraiti yağıntılı olub, şimşək çaxıb, dolu düşüb, güclü şimal-qərb küləyi əsib, bəzi yerlərdə isə yağıntılar leysan xarakterli, intensiv və güclü olub”.

Turanın səsi ” xəbər verir ki , bunu  Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, yağan intensiv xarakterli yağışlarla əlaqədar çaylarda sululuq artıb, bəzi dağ çaylarında isə qısa müddətə sel keçib:

“Bəzi rayonlarda yağıntının miqdarı 28-45 mm-dək qeydə alınıb ki, bu da aylıq normanın 50 -60 faizini təşkil edir. Mayın 31-də Qazax, Şəmkir, Balakən rayonlarına dolu düşüb. Dolunun diametri 12 mm-dək qeydə alınıb. Güclü şimal-qərb küləyi bəzi bölgələrdə 24-28 metr saniyəyədək güclənib”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir