Gəmi kapitanlarının DİQQƏTİNƏ: Fırtına gözlənilir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyi fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.

turaninsesi.az” xəbər verir ki, bu barədə Dövlət Dəniz və Liman Agentliyindən məlumat verib.

Xəbərdarlığa əsasən, sabahdan Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb, şimal küləyi dekabrın 15-i səhər saatlarına kimi davam edəcək.

Belə ki, küləyin sürətinin 18-23 m/s, arabir 25-30 m/s, açıq dənizdə isə 32-37 m/s-dək güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyünün isə 3-4 m.-ə, sonrakı inkişafda isə 6-8 m.-ə çatacağı proqnozlaşdırılır.