Duman sabah yox olacaq

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində dumanlı hava şəraiti davam edir.

turaninsesi.az” xəbər verir ki, hazırda Bakıda və Abşeron yarımadasında, eyni zamanda Quba, Gəncə, Yexlax, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Salyan, Biləsuvar, Lənkəran, Astarada duman müşahidə olunur. Dumanda görünüş məsafəsi 50-500 metrədək məhdudlaşır.

Dumanlı hava şəraitinin martın 14-dək fasilələrlə davam edəcəyi gözlənilir.