Daşkəsən və Gədəbəydən sel keçir – FAKTİKİ HAVA
İyunun 20-si saat 16:00-a olan məlumatına əsasən Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Balakən, Zaqatala, Quba, Qusar, Qrız, Şahdağ, Tərtər, Yardımlı, Lənkəran, Astarada şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
“Turanın səsi ” xəbər verir ki , bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Qeyd olunub ki, yağan leysan yağışlar nəticəsində Daşkəsən rayonundan axan Dəstəfurçaydan və Gədəbəy rayonu ərazisindən axan Şəmkirçaydan sel keçir.