Bu gün və sabah yağış yağacaq – XƏBƏRDARLIQ

Bu gün və sabah əsasən gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağacağı gözlənilir.
“Turanın səsi ” xəbər verir ki , Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bəzi yerlərdə arabir intensivləşəcəyi, dolu düşəcəyi ehtimalı var.
Aprelin 24-də axşam yenidən qərb rayonlarından başlayaraq 25-i gündüzədək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.