Bakıya leysan yağır – FAKTİKİ HAVA

Dekabrın 10-u saat 17:00-a olan faktiki hava açıqlanıb.

Bu barədə “turaninsesi ”a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, dekabrın 10-u saat 17:00-a olan məlumatına əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edir. Bakıda və Abşeron yarımadasında leysan xarakterli intensivdir.

Oğuz, İsmayıllı, Ağsu, Göyçay, Şamaxı, Qobustan, Altıağac, Xaltan, Şabran, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Neftçala, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran, Astarada yağış, Şahdağda isə qar yağır.

Şərur, Ordubad, Sədərək, Daşkəsən, Şəmkir, Balakən, Şəki, Oğuz, Qəbələ, Şamaxı, Qrız, Xaltan, Göyçay, Lerikdə duman müşahidə olunur.