Bakı və Abşeronda yağıntılar son 100 ilin rekordunu qırdı

Martın 28-i saat 13:00-a olan məlumatına əsasən hazırda Bakıda və Abşeron yarımadasında intensiv xarakterli yağış davam edir.

turaninsesi.az ” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd edək ki, son 100 il ərzində 1988-ci il martın 21-də sutka ərzində düşən yağıntının miqdarı 36.8 mm olub və bu, aylıq normanın 156%-ni təşkil edib. Bu ilin martın 27-də isə sutkalıq yağıntının miqdarı 120 mm qeydə alınıb. Bu da aylıq normanın 508%-nə bərabərdir.

Aylıq göstəricilərə gəldikdə isə 1988-ci ilin mart ayında ümumilikdə Bakıda və Abşeron yarımadasında 83 mm yağıntı düşüb və bu, aylıq normanın 352%-ni təşkil edib. 2026-cı ilin mart ayının ötən 27 günü ərzində düşən yağıntının miqdarı 128 mm olub ki, bu da aylıq normanın 542%-ni təşkil edir.

Beləliklə, həm sutkalıq, həm də aylıq yağıntı üzrə rekord göstəricilərin yeniləndiyi qeydə alınıb.