2023-cü ilin iyunu planetin ən isti ayı olub

2023-cü ilin iyun ayı bu cür statistikanın başlanmasından bəri ən isti ay olub.

Turanın səsi ” xəbər verir ki, bu barədə Avropa iqlim xidməti “Copernicus”un məlumatında deyilir.

“İyun 1991-2020-ci illərin orta göstəricisini təqribən 0,5°C üstələyərək dünyada ən isti ayı olub. O, həmçinin 2019-cu ilin iyun ayına qədər olan əvvəlki rekordu əhəmiyyətli fərqlə yenib”, – məlumatda deyilir.

Qeyd olunur ki, Avropanın cənub-qərbində rekord yüksək temperatur müşahidə olunub. Kanada, ABŞ, Meksika, Asiya və Avstraliyanın şərqində havanın temperaturu normadan xeyli yüksək olub.

Eyni zamanda, ABŞ, Avstraliya və Rusiyanın qərb bölgələrində iyun ayı həmişəkindən bir qədər soyuq keçib.

Həmçinin bildirilir ki, okeanların səthinin temperaturu əvvəlki bütün iyun ayından daha yüksək olub.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir