Naxçıvan Dövlət Universitetində dərslər dayandırıldı
Naxçıvan Dövlət Universitetində tədris dayandırılıb.
“turaninsesi.az ” xəbər verir ki, bu barədə “Azərbaycan Universitetləri” səhifəsi məlumat yayıb.
Bildirilib ki, İranın dron hücumu ilə əlaqədar Naxçıvan Dövlət Universitetində dərslər dayandırılıb.
Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu olub. İran ərazisindən uçan dron aeroportun binasına və Babək rayon Şəkəkabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb. Nəticədə 2 nəfər xəsarət alıb.
Arzu Paşaqızı