Nadir Hüseynovun sükan arxasında ürəyi dayanıbmış

TƏBİB Əməkdar artist Nadir Hüseynovun ölüünə aydınlıq gətirib.

turaninsesi.az ” xəbər verir ki, saat 11:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nəsimi rayonundan yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb.

Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Nadir Hüseynovun həkiməqədər ölüm faktı qeydə alınıb.

Hadisə nəticəsində xəsarət alan digər şəxs (qadın) travma diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Xatırladaq ki, bədii qiraətçi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, Əməkdar artist Nadir Hüseynov bu gün vəfat edib.

Arzu Paşaqızı