MEHDİYEVİN köməkçisi həbs olundu

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) sabiq prezidenti Ramiz Mehdiyevin köməkçisi olmuş Eldar Əmirov həbs edilib. O, Ramiz Mehdiyev işi üzrə həbs olunub.

turaninsesi.az ”ın əldə etdiyi məlumata görə, AMEA katibliyinin keçmiş rəisi, Prezident Administrasiyasının keçmiş əməkdaşı Əmirov Eldar Qurban oğlu məhkəmənin qərarı ilə Ramiz Mehdiyev işinə görə, dövlət çevrilişinə cəhddə iştirak ittihamı ilə həbs edilib. Onun barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Eldar Əmirov Ramiz Mehdiyevin Prezident Administrasiyasının rəhbəri olduğu vaxt Administrasiyanın əməkdaşı olub, daha sonra son vaxtlara kimi onun köməkçisi qismində fəaliyyət göstərib. 

Xatırladaq ki, E.Əmirovun saxlanması ilə bağlı xəbəri ilk olaraq Manşet.az saytı yayımlayıb.

Arzu Paşaqızı