İran Naxçıvan aeroportunu vurdu

İran Azərbaycanın Naxçıvan Muxtar Respublikasına hava zərbələri endirib.

turaninsesi.az ” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Əslən Naxçıvandan olan jurnalist Heydər Oğuz bildirib ki, İran Naxçıvan Beynəlxalq Hava Limanını raketlərlə vurub: “İndiyədək aeroporta ən azı 3 raket atılıb”.

Digər məlumatlara görə, İran Naxçıvan aeroportuna dron zərbəsi endirib.

Daha bir neçə dron isə digər yerlərə düşüb.

Bununla İranın molla rejimi Azərbaycanın göstərdiyi qonşuluq münasibətlərinə baxmayaraq əsl mahiyyətini göstərdi.

İrana qarşı hərbi əməliyyatlarda öz ərazisinin istifadəsinə icazə verməyən Azərbaycan İran tərəfdən hücuma məruz qaldı.

Hadisə ilə bağlı rəsmi açıqlama gözlənilir.

Arzu Paşaqızı