“Hurriyyet TV”-də əməliyyat – Baş redaktor saxlanıldı

Hüquq-müfahizə orqanları “Hurriyyet TV”-də əməliyyat keçirib.

turaninsesi.az ” xəbər verir ki, əməliyyat zamanı “Hürriyyət” qəzeti, eyniadlı Hurriyyet.az saytı və “Hurriyyet TV”-nin baş redaktoru Vüqar Məmmədov saxlanılıb.

Qeyd olunur ki, həmçinin “Hurriyyet TV”-nin ofisində axtarış aparılıb, kompüter və bəzi sənədlər götürülüb. 

Bu əməliyyatın Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev olayı ilə bağlı ola biləcəyi ehtimal olunur.

Qeyd edək ki, V.Məmmədov Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun bacısı oğludur.

Arzu Paşaqızı