Güllələnmiş meyiti tapılan şəxs Mətanət Quliyevanın oğlu imiş
Nizami rayonu ərazisində mənzildə güllələnmiş meyiti tapılan Nicat Quliyev Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin (SOMDA) əməkdaşı imiş.
“turaninsesi.az ” xəbər verir ki, o, agentlikdə məsul vəzifələrdən birini tutub.
Mərhumun anası Mətanət Quliyeva AMEA prezidenti akademik İsa Həbibbəylinin baldızıdır.
Filologiya üzrə fəlsəfə doktoru olan M.Quliyeva Naxçıvan Dövlət Universitetinin dosenti və kafedra müdiridir.
Nicat Quliyevin özünə silahla atəş açaraq həyatına qəsd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.
Arzu Paşaqızı