DTX-nin saxladığı keçmiş icra başçısı məhkəməyə çıxarılır
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla saxlanılan Balakən Rayon İcra Hakimiyyətinin keçmiş başçısı İslam Rzayev məhkəməyə çıxarılır.
“turaninsesi.az ”-ın əldə etdiyi xəbərə görə, Səbail Rayon Məhkəməsində onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılacaq.
Təqdimatı istintaq orqanı verib.
İ.Rzayev barəsində həbs qətimkan tədbirinin seçiləcəyi gözlənilir.
Qeyd edək ki, DTX oktyabrın 30-da Balakən Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. Korrupsiya hüquqpozmaları və vəzifə cinayətləri ilə bağlı keçirilən əməliyyat çərçivəsində rayonun icra başçısı İslam Rzayev saxlanılıb.
Arzu Paşaqızı