DTX-nin saxladığı icra başçısı haqqda DAHA BİR ŞOK-EKSKLUZİV
Dövlət Təhlükəsizliyi Xidməti Balakən Rayon İcra Hakimiyyətində əməliyyat keçirir. Korrupsiya hüquqpozmaları və vəzifə cinayətləri ilə bağlı keçirilən əməliyyat çərçivəsində rayonun icra başçısı İslam Rzayevin və bir neçə digər rəsmi şəxslərin saxlanıldığı bildirilir.
Beləki saytımıza daha bir məlumat daxil olub.
“turaninsesi.az ” saxlanılan icra başçısı ilə bağlı daxil olan məlumatı təqdim edir:
Mənbədən aldığımız məlumata görə, İslam Rzayev rayonda keçirilən yas mərasimlərində özünə əlavə xidmət tələb edir, bu xidmətdə ona ayrıca yeməklərin hazırlanmasını tələb edirmiş. Rzayevin xüsusi olaraq menyusunda olmazsa olmazı olan, onun çox sevdiyi ət xəngəli, ət qutabı yer alırmış.
Hətta bu yaxınlarda “KATEX CAVANŞİR” ləqəbli Balakən rayonu Katex kəndinin bələdiyyə sədrinin yas mərasimində iki qab mal ətindən hazırlanmış qara tikəli yeməyi bitirdikdən sonra üçüncü (pors) bir qab daha gətirilməsini, üstəlik daha yağlı tikələrin olmasını ofissantdan istəyib.
Mənbədən bildirilir ki, o heç doymurmuş.
Arzu Paşaqızı